Şərurda narkotikə görə 3 nəfər tutuldu

 17:39 14.02.2023     372

Polis orqanları tərəfindən Naxçıvan Muxtar Respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, bu kimi tədbirlərin davamı olaraq Şərur RPİ-nin əməkdaşları narkotik vasitələrin və pisxotrop maddələrin satışında və istifadəsində şübhəli bilinən 3 nəfər Şərur rayon sakini müəyyənləşdirərək saxlanılıb və onlar barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Şərur rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə müvafiq olaraq, 1994-cü il təvəllüdlü Oğlanqala kənd sakini Əyyub Abdullayevə 30 gün, 1991-ci il təvəllüdlü Comaxtur kənd sakini Rasif Əliyevə 30 gün və 1994-cü il təvəllüdlü Qarxun kənd sakini Əli Məmiyevə isə 25 gün müddətində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

Şərurda narkotikə görə 3 nəfər tutulub

Şərurda narkotikə görə 3 nəfər tutulub

Şərurda narkotikə görə 3 nəfər tutulub