Binəqədidə yanğın başladı

 17:55 14.02.2023     441

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, mazut qalıqları və qamışlıq sahə yanır. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə xəbər veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən