Özünü məhkəmənin qarşısında yandırdı

 19:17 14.02.2023     1388

Gəncə sakini özünü yandırıb.

Redaktor.az xəbər verir ki, hadisə Gəncənin Atatürk prospektində yerləşən şəhər məhkəməsinin qarşısında qeydə alınıb. 1986-cı il təvəllüdlü Həsənov Fariz Faiq oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıdakı yanıq mərkəzinə göndərilməsi nəzərdə tutulur.

Fariz Həsənovun hansı səbəbdən özünü yandırması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.