Malatyada azərbaycanlı 4 tələbənin meyiti TAPILDI - YENİLƏNİB

 22:20 14.02.2023     1554

Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-cüsünün də meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Report”a Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

Millət vəkili deyib ki, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl binanın dağıntıları altında qalan 4 azərbaycanlı tələbələrdən üçünün meyiti tapılıb.

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.

Tələbələrin valideynləri və yaxınları övladlarının axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyiblər.

***

Türkiyənin Malatya şəhərində zəlzələ zamanı dağılan binanın altında qalan 4 azərbaycanlı tələbələrdən daha ikisinin meyiti tapılıb.

Redaktor.az "report"a istinadla bildirir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakır bildirib.

Millət vəkili deyib ki, dağıntılar altında qalan digər tələbənin axtarışı davam edir. Ahmet Çakırın sözlərinə görə, tələbələrin yaşadığı bina böyük, dağıntılar çox olduğu üçün axtarış işləri uzun vaxt tələb edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.

Tələbələrin valideynləri və yaxınları övladlarının axtarışı ilə bağlı Malatyaya gedib və doğmaları haqqında ümidverici xəbərlər gözləyiblər.

Bununla da dağıntılar altında meyiti tapılan tələbələrin sayı 3-ə çatıb.

Qeyd edək ki, daha əvvəl 2001-ci il təvəllüdlü Verdiyev Şahin Nail oğlunun meyiti tapılıb.

***

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrdən birinin nəşi tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə AzTV-nin ərazidəki müxbiri məlumat yayıb.

Bildirilib ki, Malatya universitetinin tələbəsi Şahin Vəliyevin nəşi dayısı Azər Hüseynov tərəfindən tanınıb.

Tələbənin cənazəsinin tezliklə Vətənə gətiriləcəyi qeyd olunub.

Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalıblar.