Gəncədə polis BIÇAQLANIB?

 23:25 14.02.2023     271

"Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır".

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.:

Onun sözlərinə görə, Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb: 

"Xahiş edirik ki, hər hansı məlumatı yaymazdan qabaq dəqiqləşdirilmə aparılsın".

Qeyd edək ki, bu gün bəzi saytlarda Gəncədə polisin bıçaqlanması barədə məlumat yayılıb.

Məlumatda bildirilirdi ki,şəhərin Şərq küçəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşı, 1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.