Avtobus 2 piyadanı vurdu, biri öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində 81 saylı marşrut avtobusu yolu keçən iki piyada - 1990-cı il təvəllüdlü Amin Budaqov və 1979-cu il təvəllüdlü Rəsul Tomayevi vurub. A. Budaqov hadisə yerində ölüb, R. Tomayev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb (modern.az).