19 yaşlı gənc intihar etdi
Astarada 19 yaşlı gənc özünü asıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində baş verib.
Belə ki, bu gün səhər saatlarında 2004-cü il təvəllüdlü qəsəbə sakini Sənan Rövşən oğlu Əfsəlovun meyiti yaşayış olmayan həyətyanı ərazidə asılmış vəziyyətdə aşkar edilib.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Onun evdən çıxaraq heyvanları örüşə apardığı deyilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (report).