Bakıda itkin düşmüş qadın axtarılır - FOTO

 09:09 16.02.2023     371

Bakı şəhəri, Pirallahı rayonu ərazisində yaşayan 34 yaşlı Çinarə Barışova yanvarın 20-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin Pirallahı Rayon Polis İdarəsinə (012) 457-02-02 şəhər və (050) 670-08-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

22