Qətl törədən ata və oğlu həbs olundu

 19:50 16.02.2023     331

Yevlaxda 1 nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən qətl hadisəsində şübhəli bilinən şəxslər həbs edilib.

Bu barədə Redaktor.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, fevralın 13-də Yevlax rayon sakinləri Ramil Əsədov xəsarət alması və Amin Əsədovun isə ölməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1985-ci il təvəllüdlü Afət Abdullayev və oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 29, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.