Bakıda Əfqanıstan vətəndaşının evdə meyiti tapıldı

 09:08 17.02.2023     193

Bakıda Əfqanıstan vətəndaşı ölüb.

Redaktor.az xəbər verir ki, 1961-ci il təvəllüdlü, Əfqanıstan Respublikasının vətəndaşı olmaqla, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Ali Komissarlığı tərəfindən mandat qaçqın statusu verilmiş Gorban Masum Alının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nəsimi küçəsi, ev 32a ünvanında yerləşən fərdi yaşayış evində meyiti tapılıb.

İlkin araşdırma zamanı mərhumun uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyi məlum olub.