Maskalı şəxslər qadının evinə basqın etdi

 09:15 17.02.2023     189

Ucarda maskalı şəxslər qadının evinə basqın edib.

Redaktor.az xəbər verir ki, fevralın 4-də Həsənova Nurayya Mirza qızı Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün saat 19 radələrində yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt üzərində qara rəngli maska olan iki nəfər şəxsin evə basqın edǝrǝk ǝl- qolunu yapışqan lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7000 (yeddi min) manat nağd pulu götürərək uzaqlaşmalarını bildirməsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd olunan cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilmiş Kərimov Müşfiq Cavanşir oğlu və Kərimov Cavanşir Ibad oğlu 15.02.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı araşdırma aparılır.