Avtomobil motosikletçinin üzərindən keçdi

 10:14 17.02.2023     273

Bakının Xətai rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az report-a istinadla xəbər verir ki, Babək prospektində 1995-ci il təvəllüdlü Cəfərov İlkin Saleh oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Daha sonra avtomobil motosikletçinin üzərindən keçib. Ağır xəsarətlər alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.