Otelə apardığı qadını altıncı mərtəbədən yerə atdı

 10:19 17.02.2023     356

Bakıda oteldə qadın altıncı mərtəbədən yerə atılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.