Yasamalda banka saxta dollar verən əcnəbilər tutuldu

 11:24 17.02.2023     370

Yasamalda banka saxta dollar verən əcnəbilər tutulub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verən 2 əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.