Bakıda yataqxanada yanğın olub

 23:18 17.02.2023     225

Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi olub.

FHN-dən Redaktor.az verilən məlumata görə, üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.