Ötən gün yol qəzalarında 7 nəfər ölüb

 10:18 18.02.2023     231

Ötən gün Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 17-də ölkənin avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.