Naxçıvan sakinlərindən qanunsuz saxladıqları silahlar götürülüb

 10:55 18.02.2023     43838

Naxçıvan sakinlərindən qanunsuz saxladıqları silahlar götürülüb.

Redaktor.az report-a istinadla xəbər verir ki, muxtar respublikanın daxili işlər orqanlarının əməkdaşları əhalidə qanunsuz saxlanılan silahların yığılması ilə bağlı təxirə salınmaz tədbirlər görür.

Belə ki, Culfa Rayon Polis Şöbəsi əməkdaşları Qazançı kənd sakini Emil Abbasovdan 20 kalibrli, Şərur polisi isə Şərur şəhər sakini Anar Məmmədovdan 16 kalibrli, qoşalülə, atəşə yararlı ov tüfəngləri aşkarlayaraq götürüblər.

Hər iki faktla bağlı araşdırmalar aparılır.