Türkiyə vətəndaşı Kəlbəcərdə faciəvi şəkildə öldü
Kəlbəcərdə tikinti-bərpa işləri zamanı bədbəxt hadisə baş verib.
Redaktor.az qafqazinfo-ya istinadla xəbər verir ki, Toğanalı-Kəlbəcər tunelində daş qopması nəticəsində bir nəfər fəhlə ölüb.
Ölən şəxsin 1968-ci il təvəllüdlü Osman Kaya adlı Türkiyə vətəndaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.