Sumqayıtda xəstə baş həkimi döydü

 13:40 18.02.2023     416

Sumqayıtda xəstəxanada insident baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Psixiatrik Xəstəxanasında qeydə alınıb.

Tibb müəssisəsində müalicə alan xəstələrdən biri baş həkim Elzivar Bəbirovun kabinetinə daxil olaraq ona hücum edib.

Həmin şəxs baş həkimə zərbələr endirərək onu döyüb.

E.Bəbirov üzləşdiyi hadisə barədə polisə müraciət edib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.