Gəncədə gənc rəqqasənin müğənni ilə meyiti AŞKARLANDI - YENİLƏNİB

 15:23 19.02.2023     699

Gəncədə müğənni ilə rəqqasənin meyitləri aşkarlanıb, qazdan zəhərləndikləri ehtimal olunur.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Gəncə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Aytən Elsevər qızı Abdullayeva və 1989-cu il təvəllüdlü Turxan Tofiq oğlu Əliyevin meyitləri şəhərin Muxtar Hacıyev küçəsində yerləşən evlərin birində aşkarlanıb.

Onların dəm qazından zəhərlənərək dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, A.Abdullayeva rəqqasə, T.Əliyev isə müğənni olub.

Qızın yaxınları dünənki tarixdə, oğlanın yaxınları isə bu səhər polisə onların itkin düşməsi ilə bağlı məlumat verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

***.

Xəbər verdiyimiz kimi Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

Redaktor.az , yaşadıqları evdə meyiti tapılan şəxslərin 1989-cu il təvəllüldü Əliyev Turxan Tofiq oğlu  və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızı olduqları məlum olub.  23 yaşlı A. Abdullayevanın rəqqasə olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.

***

Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.

Redaktor.az xəbər verir ki yaşadıqları evdə meyiti tapılan şəxslərin 1989-cu il təvəllüldü Əliyev Turxan Tofiq oğlu  və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızı olduqları məlum olub.  23 yaşlı A. Abdullayevanın rəqqasə olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Ölümün baş vermə səbəbləri araşdırılır.

Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.