Pambıq zavodundakı yanğının sahəsi genişləndi

 19:45 19.02.2023     314

Sabirabadda pambıq zavodunda başlayan yanğının əhatə dairəsi daha da genişlənib.

Redaktor.az xəbər verir ki,, rayonun Axtaçı Muğan kənd ərazisindəki pambıq qəbulu və emalı zavodunda yanğın hələ də davam edir. 

Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib. 

Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək ərazinin 50 faizini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə davam etdirilir.