"Bakubus"un avtobusu piyadanı vurub öldürdü - YENİLƏNİB

 11:00 21.02.2023     686

Xəbər verdiyimiz kimi, Bakıda bir nəfər avtobusun altında qallaraq ölüb.

Redaktor.az xəbər verir ki, ilkin məlumata görə, hadisə Səbail rayon ""20-ci sahə" adlanan ərazidə baş verib.

Sürücü Abuzər Ayvazov idarə etdiyi “Bakubus” MMC-yə məxsus 99 JK 440 dövlət qeydiyyat nişanlı avtobusla kişini vurub.

Avtobusun təkəri altında qalan piyada hadisə yerində ölüb.

***

 

Bakıda xilasedicilər avtobusun altından meyit çıxarıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin meyitinin “İveco” markalı sərnişin avtobusunun altından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən