Sürücüyə qarşı quldurluq edənlər ələ keçdi
Sumqayıtda sərnişinlər sürücüyə qarşı quldurluq edib.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, fevralın 20-də saat 22 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində şəhər sakini M.Hümbətovun idarə etdiyi “Khazar” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücünü bıçaqla hədələyərək 215 manatını, mobil telefonunu və avtomobilini quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakinləri Ayşət Tağıyev və əvvəllər məhkum olunmuş Ramin Şalbuzov müəyyən olunaraq saxlanılıblar.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.