DTX İŞİD-in mühasibini SAXLADI
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilatının mühasibini saxlayıb.
Redaktor.az xəbər verir ki, uzun müddət müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibi DTX əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək (apa).