Bakıda daha bir fəhlə faciəsi - Hündürlükdən yıxılıb öldü
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi başlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir (report).