Bakıda 2 mərtəbəli evdə yanğın olub

 09:19 22.02.2023     255

Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 2 otaqlı mənzilin 1 otağında divar sobasının ətrafı 2 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a bildirilib ki, mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb