“Şahdağ” Milli Parkında yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB

 19:30 22.02.2023     325

“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Şahdağ Milli Parkındakı yanğın söndürülüb.

Bunu Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin yüksək dağlıq ərazisində bu gün axşam saatlarında baş verən yanğın Şahdağ Milli Parkının, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə qısa müddət ərzində söndürülüb.

***

İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.