Tərtər və Laçında silah-sursat aşkarlandı

 10:04 23.02.2023     253

Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları işğaldan azad edilən ərazilərdə keçirdikləri nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapıb.

Bu barədə Redaktor.az-a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.