Qanunsuz ov edən əcnəbi cəzalandırıldı

 15:07 23.02.2023     348

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşı saxlayıb.

Redaktor.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov "report.az"-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Alrasheedi olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.