Naftalanda kişi arvadını döyərək ağır xəsarətlər yetirib
Naftalan şəhərində kişi gənc həyat yoldaşını döyərək ağır xəsarətlər yetirib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, Naftalan şəhər sakini, 1991-ci il təvəllüdlü A. Bayramova döyülərək, üz və digər nahiyələrindən müxtəlif xəsarətlər alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxsin isə həyat yoldaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.