Goranboyda maşın aşıb, xəsarət alanlar var - FOTO

 09:36 24.02.2023     723

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

İdarəetmədən çıxan "VAZ" markalı avtomobilin aşması nəticəsində Goranboy rayon sakinləri, 1973-cü il təvəllüdlü F. Abbasov və 1974-cü il təvəllüdlü F.Cəfərov müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkən şəxslər xəstəxanaya aparılıblar.

Fakt araşdırılır.

2222