13 yaşlı qızın zorlanmasına görə 4 nəfər TUTULDU
Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb. Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.