Rusiya vətəndaşı Bakıda intihar etdi
Bakıda Rusiya vətəndaşı intihar edib.
Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Rusiya Federasiyasının vətəndaşı, 1975-ci il təvəllüdlü Perovozkin Dmitriy Mixayloviç kirayə yaşadığı Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsindəki mənzildə özünü şalla asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.