"Bravo"nun yük maşını qəzaya düşdü - VİDEO

 13:18 26.02.2023     441

Bakının Səbail rayonunda ağır avtomobil qəzası baş verib.

Redaktor.az xəbər verir ki, Səbail rayonu Yeni Salyan yolu 18 ünvanında yüksək sürətlə hərəkət edən "Bravo" mağazalar şəbəkəsinin yük maşını "Mercedes" markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində ağır xəsarət alan minik maşının sürücüsü Təcili Tibbi Yardım avtomobili ilə ərazidən uzaqlaşdırılıb.

Hazırda DYP əməkdaşları ərazidə faktla bağlı araşdırma aparır

Tunar Altunbay

2