Üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asdı

 16:11 26.02.2023     437

Cəlilabadda üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Turan Qasımov özünü asaraq həyatına son qoyub.

Məlumata görə, mərhum 3 gün öncə də sıçovul əleyhinə olan zəhəri intihar məqsədilə içib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.