Dəm qazından boğuldular

 20:41 27.02.2023     293

Mingəçevir sakini dəm qazından boğularaq ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a bildirilib ki, bu gün saat 18 radələrində Mingəçevir şəhər sakini,1980-ci il təvəllüdlü Günel İsayevanın meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.

Onun dəm qazından zəhərləndiyi ehtimal edilir.

Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Dəm qazından daha bir ölüm hadisəsi Şəkidə olub.

61 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Belə ki, 1962-ci il təvəllüdlü Xatın Nəsrulla qızı İsaqova yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.