Qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırıldı
İmişlidə qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırılıb.
Redaktor.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.