Bu rayonda polisə müqavimət göstərən şəxs zərərsizləşdirildi

 09:07 03.03.2023     500

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində keçirdikləri tədbir zamanın Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib, xidməti avtomobillərə zərər yetiriblər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.