Qanunsuz ov edənlər cəzalandırıldı
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Redaktor.az-ın məlumatına görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri və Xaçmaz rayonu akvatoriyasında, Baş Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakini Davud Camalov, Şabran şəhər sakini İlqar Mədətov, Neftçala rayon sakini Eldar Məcidov, Yevlax rayon sakini Elnur Cabbarov, Xaçmaz rayon sakinləri Mahir Hüseynov və Elman Vəlimətov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 330 metr uzunluğunda 6 ədəd sintetik tor götürülüb.
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.