1 nəfər hadisə yerində ölüb, 2 nəfər xəstəxanaya yerləşdirilib - TƏBİB

 14:10 04.03.2023     1950

Bakıdakı Hipermarketdə baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Redaktor.az apa-ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

1 nəfər hadisə yerində dünyasını dəyişib.