Bakıda partlayış oldu - Ölən var

 15:21 04.03.2023     1071

Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Baş Prokurorluqdan məlumat verilib.

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Bakıda ölümlə nəticələnən partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən təkərdoldurma məntəqəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb. 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən