Azərbaycanda məktəbli BIÇAQLANDI

 08:31 05.03.2023     4576

Şirvanda 11-ci sinif şagirdi bıçaqlanıb.

Redaktor.az xəbər verir ki,  Şirvan şəhəri Yeni qəsəbədə məskunlaşan Zəngilan sakini, 2006-cı il təvəllüdlü Mahmudzadə Ülvü Azər oğlu həmyaşıdı tərəfindən bıçaqlanıb.

Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (apa).