Qadın məhkəmədə özünü doğradı - FOTO

 13:58 06.03.2023     1180

Sumqayıt Apellyasiya Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hakim Rəşadət Ağayevin qərarının qanunsuz olmasına etiraz edərək hər iki biləyini ülgüclə kəsib.

Redaktor.az xəbər verir ki, bu barədə Elçin Sadıqov “Facebook” hesabında məlumat yayıb.

Şəkilin açıqlaması yoxdur.

O bildirib ki, hadisə bu gün baş verib:

“Hələ təcili tibbi yardım gəlməyib. Məhkəmənin təcili yardım məntəqəsi bağlıdır. 

Abşeron Rayon Məhkəməsi onu 1000 manat cərimə etmişdi, Rəşadət Ağayev qərarı dəyişdi və 10 sutka inzibati həbs verdi”.

Tunar Altunbay