Goranboyda qadın gizli görüşdüyü birinci əri tərəfindən şantaj edilib
Goranboy rayonunda qəribə hadisə baş verib.
Redaktor.az xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1992-ci il təvəllüdlü M.Quliyeva keçmiş əri tərəfindən şantaj edildiyini bildirib.
O qeyd edib ki, bir müddət əvvəl ilk həyat yoldaşı, Bakı sakini, 1993-cü il təvəllüdü Q.Məmmədovdan boşanaraq ikinci dəfə ailə həyatı qurub. Lakin daha sonra onun birinci əri ilə münasibəti yenidən istiləşib və gizli görüşüblər.
2022-ci ilin fevral-may aylarında isə Q.Məmmədov onu şantaj etməyə başlayıb. Belə ki, həmin şəxs M.Quliyevaya aralarında yaranmış münasibət və görüşləri barədə ikinci həyat yoldaşına və valideynlərinə bildirəcəyini deyərək pul tələb etməyə başlayıb.
Boşandığı ərinə həmin müddət ərzində 1500 manat pul verdiyini deyən qadın hədələrdən bezdiyi üçün polisdən kömək istəyib.
Şikayət ərizəsi Goranboy Rayon Polis Şöbəsinə martın 5-i daxil olub.
Faktla araşdırma aparılır (qafqazinfo).