Azərbaycanda futbolçuları daşıyan avtobus qəzaya uğradı - FOTO
“Mingəçevir” futbol klubunu daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, xəsarət alanlar avtobusun və yük maşınının sürücüləridir. 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəstəxanaya yerləşdirilib.
***
“Mingəçevir” futbol klubunu daşıyan avtobus yük maşını ilə toqquşub.
Hadisə günorta saatlarında, İsmayıllı-Şamaxı avtomobil yolunun Muğanlı ərazisindəki dolayda qeydə alınıb.
İlkin məlumata görə, avtobusla yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.
***
Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
PFL-dən verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.
Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.