Naxçıvanda avtomobil aşdı

 21:04 08.03.2023     453

Naxçıvan şəhərində avtomobil qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb.

 

71-BD-066 dövlət nömrə nişanlı "KIA Cerato" markalı avtomobil 68-TA-085 dövlət nömrə nişanlı taksi ilə toqquşub.

Qəza nəticəsində "KIA" markalı avtomobil aşıb.

Həmin nəqliyyat vasitəsinin sürücüsü, 1997-ci il təvəllüdlü Naxçıvan şəhər sakini İsmayıl Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır (apa).