Yevlaxda piyadanı avtomobil vuraraq öldürdü

 23:25 08.03.2023     723

Yevlax rayonunun Aran qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, Yevlax rayon sakini, 1957-ci il təvəllüdlü Sahib Novruzov yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil onu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.