Sulutəpədə ailə faciəsi - Dəm qazından boğuldular
Bakı şəhəri, Binəqədi rayonunda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.
Redaktor.az xəbər verir ki, hadisə ötən gün rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.