Abşeronda qayınata kürəkənini BIÇAQLADI

 09:49 09.03.2023     353

Abşeron rayonunda kişi bıçaqlanıb.

Redaktor.az-ın xəbərinə görə, martın 8-də 1964-cü il təvəllüdlü Süleymanov Səttar Gülbala oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadığı evdə kürəkəni Məmmədov Nurəhməd Nurǝli oğluna bıçaqla zərbələr vurub. 

Hadisə nəticəsində N.Məmmədov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.