8 Martda 8 qəza - Ölənlər var

 09:56 09.03.2023     490

Bayram günü Azərbaycanda baş vermiş yol qəzalarının sayı açıqlanıb.

Bu barədə Redaktor.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, martın 8-də respublikanın avtomobil yollarında ölüm və xəsarətlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb. Hadisələrin biri piyadavurma, ikisi isə toqquşma olub.